METBUAT.AZ

Dünya

"Crocus"da yaralananların sayı artdı

29 Mart 2024 11:42

"️Crocus City Hall"da törədilən terror aktı nəticəsində yaralananların sayı 382 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Onların əksəriyyətinə ambulator yardım göstərilib.

Qeyd edək ki, “Crocus City Hall” konsert zalında martın 22-də terror aktı törədilib.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.