METBUAT.AZ

Dünya

“Crocus” hadisəsində bu ölkə günahlandırıldı

26 Mart 2024 01:11

“Crocus”da terror aktı radikal islamçıların əli ilə törədilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin martın 22-də “Crocus City Hall” konsert salonunda baş vermiş terror aktı ilə bağlı keçirdiyi müşavirədə deyib.

Onun sözlərinə görə, Rusiya “Crocus”da terror aktını kimin törətdiyini bilir:

“Lakin bunu kimin sifariş etdiyi maraqlıdır”.

Putin qeyd edib ki, Rusiya hələ də Moskva vilayətində terror aktında islamçıların iştirakı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməlidir:

“Crocus”da baş verən terror aktı Kiyev rejiminin 2014-cü ildən Rusiya Federasiyasına qarşı baş qaldırdığı müharibəsinin bir hissəsidir. “Crocus”da baş vermiş terror aktı Kiyevin hədə-qorxu kampaniyasına tam məntiqlə uyğun gəlir”.

Putin “Crocus”da terror aktı ilə bağlı aparılan istintaqın gedişi barədə mütəmadi olaraq ona məlumat verilməsi tapşırığını verib.

Prezident “Crocus”dan sonra terrorçuların niyə Ukraynaya getdiyi sualını qaldırıb:

“Onları orada kim gözləyirdi?”

Rusiya Prezidenti Kiyevin əks-hücum əməliyyatının tamamilə iflasa uğradığını, Rusiya Silahlı Qüvvələrinin bütün təmas xətti boyunca təşəbbüsü əlində saxladığını söyləyib:

“Kiyevin cəbhəni sabitləşdirmək üçün etdiyi bütün cəhdlər uğursuz alınıb, Rusiya Federasiyası xüsusi əməliyyatda təşəbbüsü özündə saxlayır”.


metbuat.az.