METBUAT.AZ

Dünya

"Crocus" terrorunda ölənlərin 68-nin kimliyi məlum oldu

25 Mart 2024 10:37

Moskvada törədilən terror aktı nəticəsində ölənlərdən 68-nin şəxsiyyəti müəyyənləşdirilib.

Metbuat.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, “Crocus City Hall” konsert zalında martın 22-də terror aktı törədilib. Son rəqəmlərə görə, hadisə 137 nəfərin ölümünə, 182 nəfərin yaralanmasına səbəb olub.


metbuat.az.