20 Mart 2024 18:46
2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının səfirləri müəyyənləşib.
Metbuat.az bildirir ki, yarış üçün 10 səfir seçilib.
Bunlar Kriştianu Ronaldu (Portuqaliya), Andres İnyesta (İspaniya), Luiş Fiqu (Portuqaliya), Alvaro Morata (İspaniya), Əşrəf Hakimi (Mərakeş), Yasin Bunu (Mərakeş), Emmanuel Adebayor (Toqo), Nureddin Naybet (Mərakeş), Doloreş Silva (Portuqaliya) və İren Paredesdir (İspaniya).
Qeyd edək ki, DÇ-2030 altı ölkədə - Argentina, İspaniya, Portuqaliya, Uruqvay, Paraqvay və Mərakeşdə təşkil olunacaq.