METBUAT.AZ

Sağlamlıq

Dərini cavanlaşdırır -

7 Mart 2024 16:22

Ramazan ayı gəldiyində ilk ağla gələn qidalar birincisi xurmadır. Əslində isə xurma yalnız Ramazan ayında deyil ilin hər ayında istifadə edilməlidir.

Xurma təbii A və C vitaminləri, eləcə də qanın laxtalanmasına kömək edən manqan mənbəyidir. Xərçəng və insult kimi riskləri azaldan, kolorektal xərçəng, diabet və ürək xəstəlikləri riskini azaldan antioksidanlarla zəngindir. Şəkərdən fərqli olaraq boş kalori yaratmadığı üçün şəkərin bədənə daha sağlam daxil olmasına şərait yaradır.

Metbuat.az xarici mediaya istinadən xurmanın faydalarını təqdim edir:

- Xurmanın aşağı kalorili və yüksək lifli olması çəkiyə nəzarət etməyi asanlaşdırır

- Antioksidant mənbəyidir və xəstəliklərə səbəb olan sərbəst radikallardan qoruyur

- Zehni sağlamlığı yaxşılaşdırır

- Xolesterolu balanslaşdırır

- Xurma tərkibində xolesterin olmadığı üçün ürək sağlamlığına faydalıdır

- Sümük sağlamlığını yaxşılaşdırır

- Tərkibində B vitamini olan xurma Alzheimer xəstəliyinə qarşı faydalıdır.

- Nevroloji xəstəliklərin yaranmasının qarşısını alır.

- Dərini cavanlaşdırır

- Arıqlamağa kömək edir

- Böyrək daşını əridir

- Həzmi və bağırsaq sağlamlığını yaxşılaşdırır

Xurma dərinin elastikliyini qorumağa və dərini hamar etməyə kömək edən C və D vitaminlərinin mənbəyi kimi tanınır. Xurma həm də qocalma əleyhinə xüsusiyyətlərə malikdir və melanin (dəri piqmenti) yığılmasının qarşısını alır.

Seyranə Quliyeva / Metbuat.az



metbuat.az.