METBUAT.AZ

İqtisadiyyat

Dollarla bağlı

26 Mart 2024 11:59

Rusiyada son hadisələrdən sonra dolların məzənnəsi yüksəlməyə başlayıb.

Metbuat.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, proqnozlara görə, aprel ayında dolların məzənnəsi 95 rubla qədər yüksələ bilər.

İqtisadçı analitiklər düşünür ki, bu, terror təhlükəsi fonunda kapital axınının artması ilə bağlıdır. Proqnozlara görə, terror təhlükəsi ehtimalı azalarsa, yaya qədər rubl üçün mənfi amillər bərabərləşəcək. Buna görə də, valyuta almaq qərarı müəyyən şərtlər əsasında verilməlidir.

Qeyd edək ki, Rusiyada iki gün öncə dolların məzənnəsi 92,7 rubl təşkil edib.


metbuat.az.