13 Mart 2024 10:26
Dünya bazarında neft qiymətləri artıb.
Metbuat.az xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 1 barel üçün 82,41 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,6 % çoxdur.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersləri 0,63 % bahalaşaraq 1 barel üçün 78,05 ABŞ dolları olub.