METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neft bahalaşdı

14 Mart 2024 10:03

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0,10% artaraq 1 barelə görə 84,11 ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,05% artaraq 79,76 ABŞ dollar təşkil edib.


metbuat.az.