METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neft ucuzlaşdı

27 Mart 2024 09:59

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,85 % azalaraq 1 barelə görə 84,9 ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,86 % azalaraq 80,92 ABŞ dolları təşkil edib.


metbuat.az.