METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti artdı

2 Mart 2024 10:38

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 1,89% artaraq 1 barelə görə 83,46 dollar təşkil edib.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,98% artaraq 79,81 dollar olub.


metbuat.az.