27 Mart 2024 16:27
Braziliyada ovçular tərəfindən dünyanın ən böyük ilanı öldürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
İlanın qalıqları Braziliyanın Mato Qrossu-du-Sul əyalətindəki Formoso çayında tapılıb. "Ana Julia" ləqəbli ilanın uzuluğu 8 m olub.
Hollandiyalı tədqiqatçı Frik Vonk anakondanı öldürənləri xəstə adlandırıb. "Böyük kədərlə sizə bildirmək istəyirəm ki, mənim onunla birgə üzdüyüm böyük anakonda çayda ölü tapılıb. Mən müxtəlif mənbələrdən onun ovçular tərəfindən güllələndiyini eşitmişəm, amma hələ ki, ölüm səbəbi barədə rəsmi məlumat yoxdur".