27 Mart 2024 16:37
Duzun orqanizmə faydaları ilə yanaşı , zərərləri də az deyil. Duzdan çox istifadə edilməsi bir sıra xəstəliklərə səbəb ola bilər.
Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, artıq duzun zərərli təsirləri aşağıdakılardır:
- İmmuniteti aşağı salır
- Həddindən artıq duz istehlakı yad maddələrə və bakteriyalara qarşı mübarizə aparan qoruyucu funksiyanı azaldaraq immunitet sistemini zəiflədir.
- Böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Həddindən artıq duzlu qidalanma səbəbindən sidiklə kalsium ifrazı artır. Nəticədə böyrək daşı əmələ gəlir.
- Böyrəkləri zədələyir. Duzlu pəhriz böyrək hüceyrələrində təzyiqin artmasına səbəb olur. Nəticədə sidiklə zülal ifrazı artır və uzun müddətdə böyrəkdə qalıcı zədələnmələr baş verə bilər.
- Damarları zədələyir. Həddindən artıq duz istehlakı damar quruluşunu pozur və qan təzyiqini artırır, damar xəstəlikləri səbəbiylə demans riskini sürətləndirir.
- Göz pozğunluğuna və görmə itkisinə səbəb ola bilər. Həddindən artıq duz yüksək təzyiqə səbəb olur. Nəticədə şəkərli diabet və korluğa qədər göz xəstəlikləri yarana bilir.
- İnsulin müqavimətini artıra bilər. Həddindən artıq duz və yüksək natrium qanda leptinin səviyyəsini artırır. Nəticədə qarın nahiyəsində piy hüceyrələri artır. Qarın piylənməsi ilə bel ətrafı genişlənir və insulin müqaviməti artır.
- Qan təzyiqini artırır. Duzlu qidalanma ilə qan təzyiqi yüksəlir və təzyiqi azaltmaq üçün antihipertenziv dərmanların qəbulu artır. Çünki duz təzyiq dərmanlarının təsirini azaldır.
Seyranə Quliyeva / Metbuat.az