METBUAT.AZ

Gündəm

Əhməddən yeni xəbər var -

27 Mart 2024 12:41

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb.

Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək. Qeyd edək ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.


metbuat.az.