12 Mart 2024 16:09
Ramazan ayının ilk günündə dünyada ən uzun orucun tutulduğu yerlərdən biri Rusiyanın Murmansk şəhəridir. Burada sahurla iftar arasındakı vaxt 19 saat 5 dəqiqə hesablanıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyadan sonra ən uzun orucun tutulduğu yer İslandiyadır. İslandiyanın Reykyaviç şəhəri üçün edilən hesablamada oradakı müsəlmanların ümumi oruc tutma müddətinin 18 saat 20 dəqiqə olduğu bildirilib.
Ən uzun və ən qısa oruclar hansı ölkələrdə olub?
İslandiya müsəlmanların ən az olduğu ölkələr sırasındadır. Müsəlmanlar İslandiyanın 330 min nəfərlik əhalisinin təxminən 0,5 faizini təşkil edir. Ölkədə yaşayan müsəlmanların əksəriyyəti qaçqınlardır.
Qeyd edək ki, 11 saat 48 dəqiqə ilə Argentina və 12 saat 20 dəqiqə ilə Cənubi Afrika ən qısa oruc tutan yerlər sırasındadır.
Seyranə Quliyeva / Metbuat.az