METBUAT.AZ

Siyasət

Ermənistan sülhə razı olmasa, hərbi yolla addımlar atılacaq -

11 Mart 2024 10:17

"Ermənistan ərazisində hal-hazırda qalan kəndlərimiz Azərbaycan suveren hüquqlarının şamil edildiyi ərazilərdir. Həm də Ermənistan əgər, Almatı bəyannaməsinə uyğun olaraq, Azərbaycan ərazilərini tanıdığını bəyan edibsə, prinsip etibarı ilə bu kəndlər üzərində də Azərbaycanın suverin hüquqlarını qəbul etmiş sayılır".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert bildirib ki, Ermənistan ölkənin bu ərazilərini geri qaytarmaq niyyətini ifadə etməyəcəksə, bu istiqamətdə addımlar atmayacaqsa o zaman bu faktiki olaraq işğalın davamı hesab oluna bilər.

"İşğala son qoymağın yolları təbii ki hər kəsə bəllidir. Belə olduğu təqdirdə Ermənistan sülhə məcbur ediləcək və həmin ərazilərin hərbi yolla azad edilməsi istiqamətində addımlar atılacaq".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.