1 Mart 2024 12:07
"Ermənistanın Xarici İşlər naziri Mirzoyan Türkiyəyə səfər etməklə nümayiş etdirmək istəyir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır. Ermənistan çox yaxşı anlayır ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması, kommunikasiya xətlərinin işə düşməsi Ermənistan iqtisadiyyatını böhrandan və fəlakətdən qoruya bilər".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki. bu mövzuda Azərbaycanın tələblərinin yerinə yetirilməsi böyük əhəmiyyət kəsb edir.
"Azərbaycanla sülh müqaviləsinin imzalanması gələcəkdə həm də Türkiyə Ermənistan münasibətlərinin gələcəyini şərtləndirir. Ermənistan bu sülh və təhlükəsizlik yönündə addımları həm də öz konstruktiv mövqeyini formalaşdırmaq üçün səfərbər etməlidir. Hal-hazırda Ermənistan ayrı-ayrı güc mərkəzlərinin sifarişlərini yerinə yetirərək, regionda gərginliyin artırılmasına xidmət edir. Bu gün Ermənistan silahlanmaqla yeni geosiyasi reallıqların üzərinə xətt çəkmək əzmindədir. Fransa kimi dövlətlər Cənubi Qafqazda öz geosiyasi məqamlarının axtarışına çıxıblar. Ermənistanı isə öz planlarında alət kimi istifadə edirlər".
Politoloq edib ki, Antalya diplomatik forumu dünyanın qabaqcıl siyasətçilərini bir yerə toplayacaq.
"Antalya diplomatik forumunun müsbət siyasi diplomatik nəticələrinin olmağını indidən proqnozlaşdırmaq olar. Xatırlayırıq ki, bu forum həm də bu gün müharibə şəraitində olan Rusiya və Ukarayna nümayəndə heyyətlərini bir araya toplayıb. Ona görə də bu forumun təşəbbüskarları çalışır ki, müharibə şəraitində olsa belə, tərəflər bir araya gələ bilsinlər və danışıqlar yolu ilə müxtəlif problemlərin aradan qaldırılmasına yardımçı olsunlar".
Seyranə Quliyeva / Metbuat.az