METBUAT.AZ

Dünya

Ermənistanın Rusiyaya müqavimət göstərmək imkanı zəifdir

4 Mart 2024 13:50

"Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən çalışırki, Rusiyadan uzaqlaşsın. Ermənistanı Rusiyaya məxsus olan bloklardan, iqtisadi-siyasi hərbi birliklərdən, xüsusilə KTMT-dən çıxarsın".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

O bildirib ki, Ermənistanın istəyi odur ki, Qərbə inteqrasiya eləsin və Rusiya Ermənistan ərazisindəki Rusiya hərbi bazasını ləğv eləsin.

"Ermənistan hava və quru sərhədlərini Rusiyanın nəzarətindən çıxarmaq istəyir. Rusiya isə Ermənistana müqavimət göstərir. Ermənistanı məcbur edirki, KTMT təlimlərində iştirak etsin və KTMT-nin iclasını Ermənistanda keçirsin. Həmçinin Zəngəzur dəhlizində məhz rus hərbiçiləri olsun".

Politoloq qeyd edib ki, Ermənistanın Rusiyaya müqavimət göstərmək imkanı zəifdir.

"Çünki, Ermənistan bütün silahları Rusiyadan alır. Ermənistanın bütün infrastruktur, dəmir yolu xətləri Rusiyanın nəzarətindədir. və Rusiyadan iqtisadi olaraq çox aslıdır. Bütün bunları birdən-birə itirmək təbii ki, Ermənistan üçün çətin olacaq".

Turab Rzayev onu da vurğulayıb ki, Paşinyan özü də çıxışlarında bildirib ki, Ermənistan KTMT-dən və Rusiyadan uzaqlaşacaq.

"Digər tərəfdən Rusiyada Paşinyanın bu açıqlamalarına çox qısqanc yanaşır. Və dəfələrlə onu 3-cü Zelenski olmaqda ittiham edib. Rusiyada açıq şəkildə mesaj verdi ki onlar üçün Ukrayna ssenarisini təkrarlamaq problem deyil. Bununlada Rusiya Ermənistanı qorxudur".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.