METBUAT.AZ

İdman

"Fənərbağça" bu 3 versiyadan birini seçəcək -

28 Mart 2024 10:37

İstanbulun "Fənərbağça" klubu aprelin 2-də növbədənkənar ümumi qurultay keçirəcək.

Metbuat.az "NTV Spor"a istinadən bildirir ki, qurultayda üç variant müzakirə ediləcək. Bunu klubun prezidenti Ali Koç jurnalistlərə açıqlamasında deyib.

Koçun sözlərinə görə, klub aşağı liqaya düşmək, bir müddət üçün futbol fəaliyyətini dayandırmaq və ölkə xaricində liqaya qatılmaq variantlarından birini seçəcək.

Ali Koç qeyd edib ki, variantların hansının seçiləcəyindən əmin olmasa da, olduğu kimi davam etməyəcəklərindən əmindir.


metbuat.az.