METBUAT.AZ

Ölkə

Fəvvarələr Meydanında qanunsuz tikinti söküldü -

30 Mart 2024 13:46

Dünən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçəsinin kəsişdiyi (Fəvvarələr Meydanı) ünvanda qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil olmuş sorğuya əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı sözügedən ərazidə özbaşına tikinti faktı təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə Arxitektura Komitəsindən məlumat verilib.

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından dünən axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib.


metbuat.az.