METBUAT.AZ

Siyasət

Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı islamofobiyanın

8 Mart 2024 14:56

Bu yaxınlarda Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm islamofobiyanın ən bariz nümunəsidir.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi: İslamofobiyanın yenidən düşünülməsi” mövzusunda aralıq sessiyada söyləyib.

Xurşidbanu Natəvanın heykəlinin Azərbaycan tərəfindən xilas edildiyini bildirən Elşad İskəndərov deyib ki, bu fakt islamofobiyanın günümüzün reallığı olduğunu daha açıq şəkildə göstərir. “Dünya sürətlə dəyişir və islamofobiya çoxqütblü dünyanın “məhsulu”dur. Son 50 ildə Qərb ölkələri islamofobiya fenomenini daha da inkişaf etdirir. Onlar müsəlmanları ictimaiyyətdə terrorçu kimi qələmə verir, sanki terror aktlarının, sadəcə, müsəlmanlar tərəfindən törədildiyini bildirirlər”.


metbuat.az.