29 Mart 2024 03:15
Futzal üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Metbuat.az-ın məlumatına görə, baş tutan qarşılaşmalardan sonra yarımfinalçılar müəyyənləşib.
Rəqiblərinə qalib gələn "Neftçi" İK, "Baku Fire", "Araz-Naxçıvan" və PFL yarımfinalda iştirak hüququna yiyələniblər. Aprelin 21-də keçiriləcək bu mərhələnin matçlarında "Neftçi" İK "Baku Fire" ilə, "Araz-Naxçıvan" isə PFL-lə qarşılaşacaq.
Azərbaycan Kuboku
1/4 final
"Neftçi" İK – "Yasamal Bakı" 6:4
"Baku Fire" – U-19 10:3
"Araz-Naxçıvan" – "Baku Fire-2" 6:5
PFL – "Bakı" 6:3