METBUAT.AZ

Hadisə

Gəncədə ağır yol qəzasə baş verib -

4 Mart 2024 08:58

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Gəncə şəhər sakini Mürsəlov Cavid Elşən oğlu 03 mart 2024-cü il tartixdə saat 01 radələrində idarə etditi "BMW X5" markalı avtomobillə Göygöl rayonu Üçtəpə kəndi ərazisində Göygöl şəhərindən Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən, avtomobil idarə etməsini itirməsi səbəbindən Göygöl rayon sakini Orucov İdris oğlunun idarə etdiyi "VAZ 21061" minik markalı avtomobillə toqquşmuş, nəticədə BMW X5 markalı avtomobilin sürücüsü Mürsəlov Cavid Elşən oğlu almış olduğu bəsən xəsarətlərindən hadisə yerində ölmüş, həmin avtomobildə əyləşmiş Rüstəmov Ruslan Natiq "açıq kəllə beyin travması, döş qəfəsinin və qarın boşluğunun küt travması" xəsarətləri alaraq Gəncə şəhər Mualicə və Dioqnostika Mərkəzinə təxliyə edilib reanimasiya şöbəsinə yerləşdirilmişdir.

Fakatla bağlı Göygöl Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.