METBUAT.AZ

Ölkə

Göyçayda zəncirvari qəza baş verdi -

29 Mart 2024 21:12

Göyçayda üç avtomobilin iştirakı ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində Göyçay - Bərgüşad avtomobil yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində sərnişinlər yüngül dərəcəli xəsarətlər alıblar. Avtomobillərə isə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev


metbuat.az.