METBUAT.AZ

Ölkə

Göytəpə su anbarı son 10 ildə ilk dəfə tam dolub

24 Mart 2024 16:02

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub.

Metbuat.az Report-a istinadən bildirir ki, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.

Onların bildirdiyinə görə, sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.

Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib


metbuat.az.