METBUAT.AZ

Ölkə

​Güzəştli ipoteka kreditləri ilə bağlı

3 Mart 2024 14:17

Güzəştli ipoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır.

Metbuat.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə millət vəkili Naqif Həmzəyev deyib.

O hesab edir ki, xüsusilə universitetdə çalışan, elmi dərəcə ala bilməyən müəllimlərlə bağlı ipoteka şərtlərinə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, universitetlərdə çalışan və elmi dərəcə ala bilməyən müəllimlərə güzəştli ipoteka düşmür.

Millət vəkili bildirib ki, gənc ailələrə güzəştli ipoteka kreditləri üçün şərait yaradılıb, lakin 40 yaşına qədər olan ailələrin də güzəştli kredit şərtlərindən istifadə etməsi üçün bir sıra güzəştlər olmalıdır.

"İpoteka şərtlərinə dəyişiklik edilməsi vacibdir", - deyə deputat vurğulayıb.




metbuat.az.