METBUAT.AZ

Dünya

Hadisə Röyanın səhnəyə çıxacağı zaldan 10 metr məsafədə baş verib -

22 Mart 2024 23:53

Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında baş verən silahlı hücum barədə yeni təfərrüatlar məlum olub.

Metbuat.az xəbər verir ki, silahlı hücumun baş verdiyi konsert zalı ilə Röyanın səhnəyə çıxacağı konsert zalı arasında təqribən 10 metr məsafə olub. Bu barədə açıqlama verən “CNN Türk”ün Moskvadakı nümayəndəsi bildirib ki, azərbaycanlı sənətçi ilə yanaşı türk sənətçi Adil Karaca da eyni səhnəyə çıxacaqmış. Lakin silah səslərindən sonra onlar dərhal ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, Röya Ayxan hadisədən sonra açıqlamasında “İki dəqiqə sonra zala çıxacaqdıq. Biz çox yaxşıyıq. Çünki hadisə ikinci zalda, başqa adamların konsertində olub” deyə bildirib.


metbuat.az.