METBUAT.AZ

Ölkə

Hava kəskin soyuyub, bölgələrə qar yağıb -

9 Mart 2024 10:24

Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Qaxda 22 sm, Şərur, Şahdağda 2 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 20 mm, Oğuzda 9 mm, Qəbələ, Şəki, Zaqatala, Yardımlı, Qobustan, Şamaxı, Balakən, Qrız, Daşkəsən, Gəncə, İsmayıllı, Quba, Qusar, Şəmkir, Şabran, Tərtər, Lənkəran, Astara, Neftçala, Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Tərtər, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qəbələ, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi martın 8-də Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında arabir 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.


metbuat.az.