METBUAT.AZ

Gündəm

Heç bir dövlət terrordan sığortalanmayıb -

25 Mart 2024 15:03

"Heç bir dövlət terrordan sonra qədər sığortalanmayıb. Məlum məsələdir ki, terrorun qarşınını almaq üçün mütləq şəkildə xüsusi xidmət orqanları, hüquq mühafizə orqanları və digər cavabdeh qurumların hamısı birmənalı şəkildə əməliyyat şəraitinə nəzarət etməlidir".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

O bildirib ki, alınan hər bir məlumat birmənalı şəkildə təhlil edilməli və ciddi qərarlar qəbul edilməlidir.

"Azərbaycan xüsusi xidmət orqanları, dövlət təhlükəsizlik xidməti başda olmaqla, Daxili İşlər Nazirliyi tam şəkildə əməliyyat şəraitinə nəzarəti həyata keçirir. Bununda Azərbaycan vətəndaşı ilə birgə hayata keçirilməsi çox mühüm məsələdir. Alınan hər bir məlumata laqeyd olmaq olmaz. Çünki, bu terror hadisələrinin sonu böyük itkilərə səbəb olur. Buna görə də çox ciddi addımlar atılmalıdır".

Deputat qeyd edib ki, son vaxtlar DTX-nın keçirdiyi tədbirlər və digər hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar bir daha göstərir ki, terrorun qarşısı birgə alınmalıdır.

"Eyni zamanda xüsusi xidmət orqanlarının məlumatları koordinasiyalı şəkildə müzakirə olumalı, məlumat mübadiləsi aparılmalı və konkret addımlar atılmalıdır. Bu istiqamətdə də artıq biz nəticələridə görürük. İstər radilak dini qurumlara qarşı, istər kriminal qruplaşmalara qarşı . Erməni xüsusi xidmət orqanlarının argenturasına qarşı çox ciddi əməliyyat həyata keçirilir. Çünki, Azərbaycan son 30 ildə ən çox terrora məruz qalmış ölkələrdən biridir. Və bunun acı nəticəsinində nə olduğunu hər bir Azərbaycan vətəndaşı başa düşür. Ona görə də bu hallara qarşı bir yerdə addımlar atılmalıdır".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.