18 Mart 2024 10:22
Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır: "Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur".
Xatırladaq ki, ötən gün imtahanda 46 741 şagirdin iştirakı gözlənilirdi. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.