METBUAT.AZ

Dünya

İrəvanda polis bölməsinə hücum -

24 Mart 2024 19:27

Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb.

İlkin məlumata görə, partlayış və atışma səsləri eşidilib, yaralananlar var. Silahlı şəxslərin “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olduğu güman edilir.

Ermənistanın Daxili İşlər Nazirliyi insidentlə bağlı şərh verməyib.


metbuat.az.