5 Mart 2024 15:11
İsmayıllıda polisə müraciət edən yetkinlik yaşına çatmayan şəxsin valideynləri 2 nəfərin övladlarının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə adıqlarını və geri qaytarmaq qarşılığında pul tələb etdiklərini bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.