METBUAT.AZ

İdman

İstedadlı futbolçu Azərbaycan millisindən imtina etdi

5 Mart 2024 13:46

Qazaxıstanın “Jenis” klubunun futbolçusu Raul Allahverdiyev Azərbaycan millisində oynamaqdan imtina edib.

Metbuat.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən 17 yaşlı hücumçu Qazaxıstan yığmasında çıxış etmək arzusunda olduğunu bildirib.

Yeniyetmə futbolçu Azərbaycanda oynamaq fikrində olmadığını etiraf edib: “Belə diqqətdən məmnunam. Amma mən Qazaxıstanın gənclərdən ibarət komandasının oyunçusuyam. 15 yaşımda “Jenis”in heyətində peşəkar futbolda debüt etdim. Bu klubu və Qazaxıstanı öz evim hesab edirəm. Bu ölkənin yığmasına düşməyə çalışacağam”.

Qeyd edək ki, Raul Allahverdiyev Qazaxıstanın U-17 yığmasında çıxış edir.


metbuat.az.