METBUAT.AZ

İdman

Juninyo “Qarabağ”ın çempionluğundan sonra transferi barədə danışdı

29 Mart 2024 22:23

“Transfer işləri ilə agentim məşğul olur. Mənim təkliflər barədə məlumatım yoxdur”.

Metbuat.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.

“Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri XXVIII tur matçından sonra açıqlama verən hücumçu “Qarabağ”la Azərbaycan çempionu olması barədə danışıb:

“Bu, peşəkar idmançı kimi birinci titulumdur və mənə əlavə sevinc bəxş edir. Hər mövsümdən əvvəl klub qarşısına hədəflər qoyur. Bu qədər erkən çempionluq gözləmirdim. Amma planımızda titula sahib çıxmaq var idi”.


metbuat.az.