6 Mart 2024 20:05
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.
Metbuat.az xəbər verir ki, o, 2014-2015-ci illərdə 1 milyon avro məbləğində gəlirini vergi orqanlarından gizlətməkdə şübhəli bilinir. İspaniya prokurorları Ançelotti barəsində 4 il 9 ay həbs cəzası tələb ediblər. İspaniya qanunlarına əsasən Ançelottinin əməli sübuta yetirilsə o vergisini ödəyərək, həbsdən yayına bilər.
Qeyd edək ki, Karlo Ançelotti ilk dəfə 2013-2015-ci illərdə “Real Madrid”i çalışdırıb.