METBUAT.AZ

Dünya

“Krokus” hadisəsində şübhəli bilinən Ruslan kimdir? -

23 Mart 2024 18:27

“Krokus” terrorunda şübhəli bilinən Ruslan Nəzərov tutulub.

Metbuat.az oxu24.az-a istinadən xəbər verir ki, bu barədə Baza Telegram kanalı yazır.

Kişi martın 23-də səhər saatlarında axtarışlarda onun şəklini görəndən sonra özü polisə gəlib.

Onun sözlərinə görə, martın 22-də axşam saatlarını Samarada qohumlarının evində keçirib.

Şübhəlinin sözlərini bacısı da təsdiqləyib.

Həmin şəxsin şübhəlilər siyahısına salınması onun terrorçuların istifadə etdiyi Renault Signal avtomobilinə sahib olması ilə bağlıdır. Halbuki bu avtomobil onlara iki il əvvəl satılıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinə “Krokus”da terror aktında şübhəli bilinən bütün şəxslərin saxlanılması barədə məlumat verilib.

Martın 22-də axşam saatlarında Krasnoqorskdakı Crocus City Hall konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar.


metbuat.az.