19 Mart 2024 23:24
Laçında 32 il sonra ilaxır çərşənbəsi böyük coşqu ilə qeyd edilib.
Metbuat.az xəbər verir ki, Həkəri çayının kənarında təşkil edilən bayram tədbirində həm də “Can Laçın” adlı Novruz yarmarkası açılıb.Azərbaycan Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər qonaqlar da iştirak edib.
“Can Laçın” yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar, həm də respublikanın müxtəlif bölgələrindən gəlmiş sənətkarların əl işləri sərgilənib. Bayram tədbirində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub, Novruz tonqalı alovlandırılıb, iştirakçılar “Yallı” və şən musiqi sədaları altında rəqs ediblər.