27 Mart 2024 14:37
Bu gün saat 06:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (5 kişi, 6 qadın olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, onlardan 6-sı uşaq olub.
"Onların hər birindən analiz nümunələri götürülüb, zəruri ilk tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə evə buraxılıblar", - deyə əlavə edilib.