6 Mart 2024 03:17
Macarıstanın yeni prezidenti Tamas Şuyok İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyasını imzalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə dövlət başçısının aparatı məlumat yayıb. Bəyanatda qeyd olunub ki, saziş fevralın 26-da Macarıstan parlamenti tərəfindən təsdiqlənib.
Bundan əvvəl NATO-nun mənzil-qərargahında martın 1-də İsveç bayrağının asılması ilə bağlı planlaşdırılan rəsmi mərasim Macarıstanın yeni prezidentinin ratifikasiyanı imzalamamasına görə təxirə salınmışdı