METBUAT.AZ

Media

MEDİA Agentliyi “Moderator.az” veb-saytına

5 Mart 2024 16:26

“Moderator.az” veb-saytı tərəfindən 2024-cü il 4 mart tarixində dərc edilmiş “Məktəbdə bədbəxt hadisə: 8-ci sinif şagirdinin barmağı qopdu” başlıqlı materialda “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının kobud pozuntusu faktı qeydə alınmışdır.

Belə ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən zorakılığı və qəddarlığı nümayiş edən informasiya dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir.

“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə isə mediada informasiya dərc edilərkən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.

Qeyd olunan pozuntunun aradan qaldırılması və belə hallara yol verilməsinin qarşısının alınması məqsədilə “Moderator.az” Məhdud Məsuliyyətli Cəmiyyəti media subyektinə məxsus “moderator.az” onlayn media redaksiyasına xəbərdarlıq edilmiş, qanunvericiliyin tələblərinin bu və ya digər formada pozulması hallarında digər hüquqi tədbirlərin görüləcəyi bildirilmişdir.


metbuat.az.