15 Mart 2024 16:57
Milli Məclis Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Novruz Bayramı münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, parlamentin martın 15-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova bayramla əlaqədar Prezident və birinci xanıma təbrik məktubu ünvanlanmağı təklif edib.
Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.