METBUAT.AZ

Hadisə

​Mingəçevirdə dələduzluq edən şəxs

19 Mart 2024 11:44

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, saxlanılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.

Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.


metbuat.az.