25 Mart 2024 20:14
Rusiyanın hüquq-mühafizə orqanlarına Moskvada 10-a yaxın ticarət mərkəzinə partlayıcı qoyulması barədə məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, hüquq-mühafizə orqanları bomba qoyulması təhlükəsi ilə bağlı Moskvadakı ticarət mərkəzlərində araşdırmalara başlayıb. Sakinlər ərazidən təxliyə edilib. Məlumata görə, artıq bir neçə mərkəz yoxlanılıb. Şübhəli hala rast gəlinməyib.