METBUAT.AZ

Şou-Biznes

Müğənni polis idarəsinə çağırıldı -

5 Mart 2024 16:51

Xəbər verdiyimiz kimi, tanımadığı şəxs sosial şəbəkədə səhifə açaraq müğənni Nigar Camalın adından dələduzluq edib.

Metbuat.az Milli.az-a istinadən xəbər verir ki, sənətçi məsələ ilə bağlı polis idarəsinə çağrıldığını açıqlayıb. O bildirib ki, onun adından istifadə edib fanatlarından pul istəyən şəxslə bağlı şikayət ərizəsi yazıb:

"Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan TikTok hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir. Daxili İşlər Nazirliyi başda olmaqla, məsələylə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram".

Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs TikTok-da səhifə açaraq Nigarın adından fanatlarına mesaj yazıb, onlardan foto istəyib. Daha sonra isə onları fotoları ilə şantaj edib, pul istəyib.


metbuat.az.