METBUAT.AZ

Dünya

NATO bu halda Polşaya 300 min əsgər göndərə bilər

13 Mart 2024 03:28

Polşa hərbi təhlükə ilə üzləşəcəyi halda, oraya NATO ölkələrinin ən azı 300 min hərbçisi göndərilə bilər.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Karol Dımanovski bunu TVP İnfo telekanalına müsahibəsində deyib.

“Bunlar NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində siyasi səviyyədə təsdiqlənən ən yeni planların müddəalarıdır. İndiyədək NATO-nun ön sıralarında 40 min əsgər var idisə, indi onların sayı 300 minə çatdırılacaq”, - deyə polşalı general ölkədə amerikalı hərbçilərin sayının artırılması ilə bağlı jurnalistin sualına cavabında bildirib.

Karol Dımanovskinin sözlərinə görə, Şimali Atlantika Alyansının yüksək hazırlıq qrupunun hərbçiləri hələ müharibə başlamadan öncə təhlükə altında olan ölkəyə gəlməlidir.


metbuat.az.