9 Mart 2024 14:10
Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 30,2 milyon manat vergi daxil olub.
Metbuat.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,9 % və ya 7,8 milyon manat çoxdur.
Muxtar Respublikada qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 % və ya 7,7 milyon manat artıb.