METBUAT.AZ

Hadisə

Neftçala sakini dəm qazından boğularaq öldü

14 Mart 2024 09:05

Neftçalada dəm qazından ölüm hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, martın 13-də 1970-ci il təvəllüdlü Məmmədov Elçin Kərim oğlu yaşadığı Neftçala rayonu, Ramazanlı kəndində yerləşən fərdi yaşayış evində olan hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.