METBUAT.AZ

İdman

"Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq

9 Mart 2024 09:09

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.

Metbuat.az xəbər verir ki, ilk qarşılaşma Tovuz şəhər stadionunda gerçəkləşəcək.

Gəncə təmsilçisi "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla 9-cu, "ağ-qaralar" 36 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri 36 xalla 6-cı yerdədir. 15 xala malik "Qəbələ" sonuncu sıradadır.

Azərbaycan Premyer Liqası

XXVI tur

9 mart (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Tovuz şəhər stadionu

17:30. “Sabah” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

“Bank Respublika Arena”

Qeyd edək ki, daha əvvəl "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.


metbuat.az.