28 Mart 2024 17:47
"Neftçi"nin iki futbolçusu "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXVIII turunun matçını buraxacaq.
Metbuat.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş həmin oyunda iştirak etməyəcək.
Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.