METBUAT.AZ

Hadisə

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs

27 Mart 2024 11:34

Martın 25-də Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Səyyad Mehdiyev Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. O, 38-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.


metbuat.az.