13 Mart 2024 08:25
İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında gərginlik davam edir.
Metbuat.az xəbər verir ki, Netanyahu Baydenin adını çəkmədən onu tənqid edib. Netanyahu “İsrailin özünümüdafiə hüququnu dəstəklədiyinizi deyərək,İsrail bu hüququndan istifadə edərkən ona qarşı çıxa bilməzsiniz” deyə bildirib.
Netanyahu nə olursa olsun, Qəzzaya qarşı müharibədə İsrailin qalib gələcəyini irəli sürüb.